Bakı Fransız Liseyi Təhsil Kompleksinə şagird qəbulu aşağıdakı qaydalar üzrə həyata keçirilir:

 

Uşaq bağçası: Uşaqlar bağçaya 2 yaşdan etibarən qəbul olunurlar (2012-2015–ci illərdə anadan olan uşaqlar. 2015-ci ildə anadan olan uşaqlar sentyabr ayında dərsə gələndə 2 yaşları tamam olmalıdır və uşaq bezindən istifadə etməməlidirlər). Uşaqlar fransız dilindən test imtahanı olmadan götürülür. Bağçanın dərs cədvəli iki yerə bölünür : 1) Saat 08:00-dan 15:00-a qədər. Bu müddət ərzində səhər və günorta yeməkləri verilir. Dərslər saat 08:30-da başlayır və 15:00-da bitir. 2) Saat 08:00-dan 19:00-dək.  Burada saat 15:00-dək dərs keçirilir, 15:00-dan 19:00-a qədər isə uşaqlar üçün oyunlar təşkil olunur. Saat 16:30-da şam yeməyi verilir.  Bağçanın istirahət günləri şənbə və bazar günləridir. Məktəb tətillərində və dövlət bayramları günlərində bağça fəaliyyət göstərmir. Uşaqlar sinfə yalnız 08:00-dan 08:30-dək qəbul olunur. Saat 15:00-dan sonra qalan uşaqlar, təşkil olunan oyun və məşğələlərin gedişatına mane olmamaq üçün valideynlərinə hər 30 dəqiqədən bir təhvil verilir.

İbtidai məktəb: Şagirdlər 6 yaşdan etibarən qəbul olunurlar (2007-2011–ci illərdə anadan olan uşaqlar). Fransız dilini bilmə səviyyəsinə tələb sinifdən asılı olaraq müxtəlifdir (III sinifdən etibarən, doğum ili 2009- cu il olan şagirdlər fransız dilindən test imtahanı verərək qəbul olunurlar). Dərslər 08:30-da başlayır və 15:00-da başa çatır. 15:00-dan sonra şagirdlər təşkil olunan müxtəlif dərsdənkənar məşğələlərdə iştirak  edə bilərlər.

Kollec və Lisey: VI və VII sinfə (6ème və 5 ème ) 2005 - 2006–ci illərdə anadan olmuş şagirdlər qəbul olunurlar. Bu siniflər üçün dərslər birbaşa tədris olunur. 2017-2018-ci tədris ilindən etibarən məsafəli təhsil (CNED - Milli Məsafəli Təhsil Mərkəzi) VIII sinifdən (4ème ) başlayaraq tətbiq edilir. Şagirdlər 12 yaşdan (2001-2005-ci illərdə anadan olan şagirdlər) etibarən qəbul edilirlər. Fransız dilini bilməyən uşaqlar qəbul edilmirlər. Dərslər 08:30-da başlayır və 15:00-da başa çatır. Dərsdən sonra şagirdlər təşkil olunan müxtəlif dərsdənkənar məşğələlərdə iştirak  edə bilərlər. Azərbaycanlı şagirdlər üçün məcburi olan Azərbaycan dili, Ədəbiyyatı, Coğrafiyası və Tarixi fənləri həftə ərzində saat 15:00-dan 15:45-dək keçiriləcək.

 

Liseyə qeydiyyat olunmaq üçün lazım olan sənədlərin siyahısı aşağıdakılardır:                                                  

  1. Anket – tam doldurulmalı – Liseydə təqdim olunacaq
  2. Kontrakt - Liseydə təqdim olunacaq
  3. Şəkil – 2 ədəd – 3x4     
  4. Keçmiş məktəbdən qiymət cədvəli və çıxarış
  5. Sağlamlıq haqqında arayiş
  6. Valideynlərin pasportlarının surəti
  7. Şagirdin pasportunun surəti
  8. Şagirdin şəxsiyyət vəsiqəsinin surəti