Bakı Fransız Liseyi (BFL) Azərbaycan və Fransa hökümətləri arasında olan sıx əməkdaşlığın bəhrəsidir. Hər iki ölkənin məqsədi valideynlərə yüksək səviyyəli beynəlxalq təhsil sistemi təklif etməkdən ibarətdir. BFL fransız-azərbaycan  mədəniyyətlərinə yiyələnmək istəyən bütün şagirdləri qəbul edir.

Liseydə fransız proqramına uyğun olaraq bağça bölməsindən buraxılış sinfinə qədər olan uşaqlar təhsil alır. Başlıca məqsəd şagirdin aldığı təhsilin təsdiqi kimi attestat əldə etməsidir. Bu isə ona istər Azərbaycan istər fransız universitetlərinin birində, həmçinin  hər hansı bir ingilisdilli universitetin hazırlıq kursunda təhsil almaq imkanı verəcək.

Liseyimizin məqsədi şagirdləri innovativ, dinamik bir tədris sistemi ilə təmin etməkdən, məsuliyyətli bir vətəndaş kimi yetişdirməkdən və bütün şagirdlərin rifahı o cümlədən inkişafı üçün çalışmaqdan  ibarətdir.

Bakı Fransız Liseyi ildən ilə daha çox ailələrin diqqətini cəlb edən gənc bir məktəbdir. Şagirdlərin sayı artır. Ümid edirik ki, tezliklə liseydə 300/350 şagird təhsil alacaq, bu isə məktəb üçün ən optimal saydır.  

Şagirdlərimizin 70%-i fransızdilli azərbaycanlılardır, digərləri isə milliyətcə müxtəlif olan şagirdlərdir. Bu müxtəliflik bütün məktəb ictimaiyyətinə öz təsirini göstərən dinamikliyi və açıqfikirliliyi meydana gətirir. Məktəbin qapısı bütün tərəfdaşlarının üzünə açıqdır və liseylə tərəfdaşları arasındakı əlaqələr getdikcə daha da möhkəmlənir. (IFAZ,  Qarabag, Kembric, məktəbdənkənar fəaliyyətlərin həyata keçirilməsi üçün tərəfdaşlıq).

Biz şagirdlərin müxtəlif istiqamətdə inkişafına - əməkdaşlıq və öyrənmək ruhunun formalaşmasına, onların fərdi(xüsusi) və müsbət şəkildə qiymətləndirilməsinə, təhsil aldıqları dövrdə inkişafı və övladlarının məktəb həyatı ilə bağı məktəb-valideyn əlaqələrinin qurulmasına xüsusi önəm veririk.

Bir neçə əsas məqam :

  • Üç dil siyasəti
    • Tədris dili fransız dilidir, fransızdilli olmayan şagirdlər üçün isə xüsusi məşğələlər həyata keçirilir. (Əlavə Pedaqoji məşğələlər, Fransız dilinin xarici dil kimi tədrisi, Teatr…)
    • Ana dili olan Azərbaycan dilini və mədəniyyətini öyrənmək baxımından Azərbaycan dili dövlət dili kimi tədris olunur.
    • İngilis dili bir ünsiyyət dili olaraq artırılmış saatlarla bağça bölməsindən başlayaraq tədris olunur : azərbaycanlı olmayan şagirdlər üçün Kembric proqramı tədris olunur.

 

  • Vətəndaşlıq təhsili:
    • Şagirdləri məsuliyyətli bir vətəndaş kimi yetişdirmək
    • Ümumi ictimai qaydaları təşkil etmək
    • Yaxşı ünsiyyət qurmaq

(Məktəb və sinif şurası, müəllim-valideyn görüşməsi, məktəbdaxili və məktəbdənkənar tədbirlər)

 

  • Hər bir şagirdin potensialını nəzərə alaraq müvəffəqiyyət qazanmasını təmin etmək
    • Hər bir şagirdin çətinliyinin nəzərə alınması (pedaqoji yardım, fərqli tədris, dəstək, Fransız dilinin xarici dil kimi tədrisi, dərnəklər)